Mənim Rəhbərim

Üzündə-gözündə ilahi nuru,
Dağlara boy verir uca qüruru.
Vətəni sevgiylə yaradır, qurur,
Xalqın şöhrətidir Prezidentim.

Günəş tək nurludur düşüncələri,
Gətirib ellərə gözəl günləri.
Milləti ucaldır əzmi, hünəri,
Xalqın şöhrətidir Prezidentim.

Əməl bağçasında daim bahardır,
Siyasət yolunda imzası vardır.
Onun zəkasına bu dünya dardır,
Xalqın şöhrətidir Prezidentim.

Baxdıqca sevinir sadə ürəklər,
Həm məscid ucaldır, həm minarələr.
Onu alqışlayır göydə mələklər,
Xalqın şöhrətidir Prezidentim.

Mehriban xanımla əl-ələ verib,
Arzu bağçasından çiçəklər dərib.
Millətin yoluna xalılar sərib,
Xalqın şöhrətidir Prezidentim.

Tahire Meğrur
www.kafiye.net