Daha dualar da bezib əlimdən

 

Yenə gözlərimdən kədər boylanır,
Dərdim naxış-naxış tale toxuyur.
Dualar havadan asılı qalır,
Məhzun surət alıb qəmli dilimdən,
Daha dualar da bezib əlimdən.

 

Göyün qapıları sirli-soraqlı,
İdrakına yetməz bir insan ağlı.
Birinci açılır , ikinci bağlı….
Bir qərib yolçuyam günah elindən,
Daha dualar da bezib əlimdən.

 

Gözümün yaşında üzürəm belə,
Ürəkdən gəlirəm, sızıram dilə
Səbrim nə çox imiş , dözürəm hələ
Dağlar cana doyub yağış selimdən,
Daha dualar da bezib əlimdən.

 

Tənha Bulud gün görməyib əzəldən,
Qəzavü-qədərdən salıb iz əldə.
Poza öz yazdığın özü düzəldə,
Tanrı öz tükənməz mərhəmətindən,
Daha dualar da bezib əlimdən

 

 Tamara Rustamova Tənha Bulud
www.kafiye.net