Sen Menim

Bilirəm, sən mənim tale payımsan,
Gündüzlər günəşim, gecə ayımsan.
Ömrümün, günümün haqqı-sayımsan,
Aşkar eylə pünhan olan sevgini.

Sənsiz darıxmışdım, nəydi günahım, 
Yox olub kədərim, itibdi ahım. 
Doğan günəşimsən, açan sabahım,
Aşkar eylə pünhan olan sevgini.

Tanrı saf eşqimə səni yetirib, 
Sevgimin bağında tənha bitirib. 
Üzüm gülər olub, bəxtim gətirib, 
Aşkar eylə pünhan olan sevgini.

Açıldı yollarım, çəkildi çənim,
Arifsən, əbədi sənə güvənim,
Gəl ol Pünhanəyə yol göstərənim.
Aşkar eylə pünhan olan sevgini.

Punhane Eliyeva
www.kafiye.net