KÖHLƏN AT 2

,,İkinci hissə,,

Köhlənin üstündə qızını görən bəy qəzəbindən bığlarını çeynəyib əlini hər zaman belində gəzdirdiyi mauzerinə atmışdı.At sahibinin fikrini anlamış geri çevrilib atanı övlad qatili etməkdən xilas etmişdi.Zaman bəy köhləninin sədaqətini dəfələrlə gördüyü üçün əlini belindən çəkməyə məcbur olmuşdu.Qaranlıqda uzaqdan görünən digər bir qaraltı onlara yaxınlaşdıqda bəy onu tanımış . Mələyə elçi düşən tayfanın kiçik bəyi olduğunu görmüşdü.Əlini bir pələng cəldliyi ilə mauzerinə atmış ,və bütün gülləni qaraltıya tərəf boşaltmışdı.Atılan güllələrin hamısı bəyin atına dəymiş at elə yerindəcə ölmüşdü.Zaman bəyin əlindən qaçmağın mümkün olmadığını bilən ,kiçik bəy əlini yuxarı qaldırıb təslim olmuşdu. Zaman bəyin köhləni eşitdiyi güllə səslərindən yenidən geri dönmüş sahibinin düz qarşısına gəlmişdi. Atında olan sədaqəti qızında görməyən bəy atın qırmancı ilə onun üstündə əyləşən qızına bir qamçı çəkmişdi.  Zərblə vurulan qamçı Mələyi atın üstündən yerə sərmiş, üzündə dərin bir iz qoymuşdu.Atanın qızına qarşı etdii qəddarlıq kiçik bəyin qəlbinə dağ çəkmişdi.Zaman bəyə fikir vermədən özünü Mələyə doğru atmaq istəyəndə Zaman bəyin amiranə şəkildə dayan deməsi onu yerində durmağa vadar etdi. Yerində fınxıran kəhər kişnəməyə başladı.Zaman bəy ona da bir qamçı vurdu.Köhlən məlul baxışla ona baxıb başını aşağı saldı.Yerdə diz çökən qızına baxıb yana doğru tüpürən bəy ,.Sənə haram olsun deyib,,onun sağından tutub dur deyə səsləndi.Gecənin tən ortasında evə dönən bəy , qonşu tayfanın kiçik bəyini zirzəmiyə saldırmışdı. Kobud əlləri ilə Mələyin möhkəm sıxaraq düz qonaq otağına gətirmişdi..

Gecəni sübhə diri gözlərlə açan Zaman bəyin gözləri qəzəbindən qan çanağına dönsədə səhərin açılmasını gözləmiş,bütün gecəni bir tək yeganə övladının için –için yalvarışlarını dinləmişdi.Mələk dayanmadan yalvarır atasına dil töküb, onu bağışlanmasını istəsə də, onun yalvarışları cavabsız qalmışdı.Gecə boyu çəkilən siqarein tüstüsü bəyin geniş qonaq otağını meyxanəyə bənzətmişdi.Elə bil ağanın qəsdi qızını çəkdiyi tütünün zəhəri ilə boğmaq idi. Bütün gecəni atasına yalvarmaqla keçirən Mələk də sanki yorulmuşdu.Səsini kəsib gözlərini otağın qaranlıq küncünə zilləmişdi. Atasının yaşadığı mahalda qürurunu necə alçaltdığını elə bil indi-indi anlamağa başlamışdı.Artıq çox gec idi. Ox yaydan çıxmışdı.İndi qərar atanın idi. Qızına kəsiləcək cəzanı Zaman bəy özü təyin etməli idi.Ya yeganə qızını ,bağışlamalı ,ya da ona ən ağır bir cəza təyin etməli idi.. Qızıl siqaret qabında olan siqaretlərin hamısı çəkilib qurtarmışdı.Otağın kip bağlanmış pəncərələrindən bayıra çıxmağa yer tapmayan siqaretin tüstüsü duman kimi elə otağın içində sürünür ,neft lampasının zəif işığında qatı bir dumana bənzəyirdi. Otaqda tüstüdən seçilməyən iki insanın nəfəsindən başqa heç bir səs yox idi. Arada sinəsini arıtlayan bəyin aram –aram öksürəyi eşidilir sonra yenə sükut höküm sürüdü.

Elə bil bəylik dərin yuxuya getmişdi.Gecədən verilən ciddi tapşırıq hələ də qüvvədə idi.Nökər naiblərin həyətdə hərəkəti olsa da səslərini eşitmək qeyri-mümkün idi. Sanki hamı lal olmuşdu.İndi isə günəş öz gərdəyini üzündən çəkib gülümsəməyə başlamışdı.Mələk atasının necə qəddar olmasından xəbərdar idi.Onun üçündə gecəni yalvarmış bəlkə onun qəddar qəlbinə rəhm sala biləcəyini düşünmüşdü. Heç olmasa ona qıysada sevdiyinə qıymasın onu açıb zirzəmidən buraxsın.Zaman ağa isə onun yalvarışlarına nəinki məhəl qoymuş ,əksinə lap qəzəblənmişdi.İndi isə günəş doğmuşkən işə başlamaq lazım idi.Fikrində qətii olan bəy onun ayaqlarını zərif qolları ilə qucaqlayan qızına nəzər saldı.Mələk yerə uzanıb onun ayaqlarını var gücü ilə qucaqlamışdı.Üzünü onun incəburun çarığına sürtüb ,,Ata qurbanın olum keç günahımdan deyərək hönkürüb ağlayırdı.Onun belinin incə yerinə kimi dağılmış qara qıvrım saçları kürəyinə dağılmışdı.Bu görkəmdə o daha da çox anasına bənzəyirdi.Onun belə görkəmi bəyin qəlbiniparçalasa da öz namusunu şərəfini ağalıq qürurunu qorumalı idi.

Ardı var

Nahidə  Tağıyeva
www.kafiye.net