KÖHLƏN AT

Yalvarış dolu gözlərlə, atasının üzünə baxan Mələk, sanki ondan imdad istəyirdi.Axşamdan hələ də qəzəbi soyumayan bəy dizləri üstə qarşısında yerə çökən bu gəncin öz doğma qızı olduğunu elə bil unutmuşdu.Qəzəbinini soyutmaq üçün əlini mizin üstünə zərblə vurub ayağa durdu.Mələk onun getməsinə mane olmaq üçün .özünü tez onun ayaqlarına atdı.Atasının ayaqlarını qucaqlayıb onun getməsinə mane olmaq ,az da olsa zaman qazanmaq istəyirdi.Səhərdən ağaca bağlanmış köhlən atın fınxırtısı həyəti başına götürmüşdü.Sahibinin qəzəbindən xəbərdarmış kimi verilən ota və suya yaxın düşmür günahsız olduğunu öz hərəkətləri ilə bəyə anlatmaq istəyirdi.

Qabaq ayaqlarını yerə vurmaqdan bağlandığı yerdə dərin çuxurlar açmışdı.Hər kəsi yuxuya verib sevdiyi oğlana qoşulub qaçmaq istəyən Mələk atasının həyatda ən çox sevdiyi köhlənə minib həyətdən uzaqlaşmışdı.Gecə ilə hadisədən xəbər tutan bəy tez köhləni səsləmiş ondan bir səs gəlməyincə məsələni anlamışdı.Nökərləri ətrafına yığıb heç kimə heçnə danışmalarını bərk -bərk tapşırmış , həyətdə olan ev adamlarınından birinin də bayıra çıxmasına izin verməmişdi.

Tövlədə olan digər atlarından birinə minib dağlara doğru üz tutmuşdu. Nökər nayiblərdən onunla getmək istəyən olsa ,da əli ilə yox işarəsi vermişdi.Digər tayfadan olan bəylərdən birinin dəfələrlə onun qızına elçi düşməsinə baxmayaraq bəy bu izdivaca razılıq verməmişdi. Mələyin bu izdivaca can -başla razı olması isə heç nəyi dəyişə bilməzdi.Qızına xəbərdarlıq eməsinə baxmayaraq Mələk atasının sözünü yerə salmış o tayfadan olan bəylə gecəykən qoşulub qaçmışdı.Atın dırnaqları qayalıqlarda parça-parça olana kimi geri qayıtmayan bəy nəhayət ki öz köhlənini çaldığı fitlə geri gətirə bilmişdi.Atasının xasiyyətindən xəbərdar olan Mələk atın başını nə illah etsə də qarşıda gedən ata tərəf döndərə bilməmiş . Geri çevrilib fit səsini dinşəyən köhlən dördnala çaparaq fit səsinə doğru yol almışdı.Köhlən özü qarışıq Mələyi də geri gətirmişdi.
Ardı var

Nahidə Tağıyeva
www.kafiye.net