ON BİR AYIN SULTANI 

 Gəldi şəhri- Ramazan öz büsatıyla yenə,
Allah nuru səpildi kainata ,aləmə.
Gəldi rəhmət günləri ,açdı iman gülləri,
Təqvadan bir tac qoydu başına möminlərin.
Mələklər göydən yerə enər Qədir gecəsi ,
Dünya bir kəhkəşana dönər Qədir gecəsi.
Əsər iman yelləri ,fəth eylər könülləri
Aləmlərə mərhəmət adı gözəl Muhamməd.
Cilvələnər ruzigar ,könüllərdə istiğfar…
Mömin qəlbi saflaşıb Ərşə doğru ucalar.
Tək bir Allah sevgisi çulğalayar insanı,
Allah sevgisi qədər ulu məhəbbət hanı?
Silər könül pasını, qovar tozu-dumanı
Əsrarəngiz, müqəddəs on bir ayın sultanı.

Tamara Rüstamova /Tənha Bulud/
www.kafiye.net