NƏYƏ LAZIM BU DÜNYA

Yaranandan sinə gərib əzaba,
Ömrü boyu zillətdə yaşayarsa,
Umacağı bircə kəfən olarsa,
Kimə lazım ,kimə axı bu dünya?

Dünya boyda dərdi ola çiynində
Gizli qala ,özü çəkə qəlbində,
Çarəsi tək ölüm ola əlində
Kimə lazım,kimə axı bu dünya?

Dili deyil gözü batsa günaha,
Səcdə etsə yenə bircə Allaha,
Günahlarla köç eləsə torpağa
Kimə lazım,kimə axı bu dünya?

Ağlaya-ağlaya gözün açarsa,
Bu dünyadan usaanarsa ,qaçarsa,
Rahatlığın o dünyada taparsa,
Kimə lazım nəyə lazım bu dünya?

Nahidə Tağıyeva / 29.05.2017
www.kafiye.net