şiir. öykü, makale, deneme, tiyatro, masal, fıkra, anı, sohbet, röportaj yazılarının yayınlandığı uluslara arası yazar ve şairlerin katılım gösterdiği edebiyat sayfasıdır. Uyum platformudur.
Ləçək-ləçək
Ləçək-ləçək qopararsan gülləri,
Sadalayar, itirərsən, taparsan,
“Yox” demərəm, inan, ləçək yerinə,
Birdəfəlik ürəyimi qoparsan.
Budaq üstə sirrdi gülün qönçəsi,
Sirri açan güldü? Gülün qönçəsi?
Şeh toxundu, güldü gülün qönçəsi,
Arif olsan ətrindən taparsan.
Lalələri üzündəki xalında,
Bənövşəni incik, küskün halında,
Yasəmənin ətrini saçlarında,
Nərgizləri yurd yerindən taparsan.
Çiçək-çiçək bahar gəzər, görünməz,
Sevinc bölər, dərd min ola bölünməz,
Var olanın çox vaxt qədri bilinməz,
Cavanşiri itirəndə taparsan.
Cavanşir Esger
www.kafiye.net
Yorum Yapın