Sən varsan

Sahib
Bu gecə hər şeydə bir az sən varsan,
Bəzən göz yaşı tək yanağımdasan.
Bəzən eşidirəm ayaq səsini, 
Sanıram yanımda, otağımdasan.

Seadet
Gözünde buraxdım deniz gözümü
Yanaqdan süzülüb , toxunan menem
Röyada her gece ,ürkek addımla
Yanına gelerek sığınan menem…!

Sahib
Bu gecə hər şeydə bir az sən varsan,
Hər yerdə xatirən, hər yerdə izin.
Bir az qəribədir, bilirəm, ancaq
Ətrini duyuram hardansa sənin.

Seadet
Qelbimden qelbine ,körpü hördüm ki
Varlığım ovutsun ,Qoy yoxluğumu!..
Etrimi ,hissimi gizledib orda
Getsem de ,doldurdum qelb boşluğunu

Sahib
Bir külə dönürsən hər nəfəsində,
Sonra dumanlanıb axırsan, gülüm.
Hönkürüb ağlamaq istəyirəm mən,
Sanıram hardansa baxırsan, gülüm.

Seadet
Ezizim ağlasan bil ki ,yanaram…!
Sensiz qeher boğur,cilovlayıram,
Külün ateşi bil, lap çox yandırar
Tüstüsüz içimi alovlayıram..

Sahib
Bu gecə qayıtdım həmin günlərə,
Sən elə bilmə ki sənə dönmüşəm.
Dumanlı düşüncəm, yağışlı yollar, 
Səni itirdiyim günə dönmüşəm.

Seadet
Men Senden inan ki, heç gedenmedim,
Geden cismim oldu, men sende qaldım
Sene bu sirri men , ilk kes deyirem
Sabahım yox menim ,dünende qaldım..

Sahib
Vurdum dalğalartək sahilə sənsiz,
Hər qum dənəsindən səni soruşdum.
Bir cavab almadım qum dənəsindən,
Dalğanın səsindən səni soruşdum.

Seadet
Dalğalara dedim aparsın meni…
Yelkensiz qayığam , ümüd qalmadı
Tek tenha qalmışam ,dedim sahilde
Deniz üsyan etdi , dalğa almadı..

Sahib
Bu gecə hər şeydə bir az sən varsan,
Xəyalın əfsus ki bir anlıq imiş.
Sandım saçlarında gəzirəm sənin, 
Sən demə gecədir, qaranlıq imiş.

Seadet
Her gece xeyalın qonaq gelende
Anıram sevgiyle dolu gözünü
Qelbime qoyuram sonra elini..
Hiss etsin qelbimde , senin özünü..!

Sahib
Səni xatırladır aynada əksim, 
Bu gecə məndə də bir az sən varsan.
Sən axı bütünsən, ağlama nolar,
Axı hər damlada parçalanırsan.

Seadet 
Bu günde ,dünende, her günde varsın
Her günüm sen oldun, unutmadım bil
Daha istemirem ezab ,çekesen
Buna haqqım yoxdur, xatirenden sil!..

Sahib
Bu gecə məndə də bir az sən varsan,
Görürəm. Aynada dayanmısan sən.
Elə düşünmə ki unudulmusan,
Çoxdandı yatmışdın, oyanmısan sən.

Seadet
Bilirdim sen meni ,unutmayasan
Xeyallarda bil ki ,sen realımsan
Amma xeyalımı lap çox sevirsen
Her yerde sen varsan, tek xeyalımsan!!

www.kafiye.net