Yazmışam

Eşqinin odunda alışıb yandım,
Əriyib dönmüşəm şama, yazmışam.
Gözümün yaşıyla yanaqlarıma 
Kirpiyi isladıb, namə yazmışam.

Kədərin yükünü boşa çəkmişəm, 
Gözün qarasını qaşa çəkmişəm. 
Eşqin badəsini başa çəkmişəm, 
Tamın dodağımla cama yazmışam.

Dünyanın kədəri, qəmi də mindi, 
Nə ağız danışdı, nə ürək dindi. 
Deməsəm ya dodaq, dil yanar indi, 
Götürüb ağ varaq, kama yazmışam.

Asılıb sinəmdən kədərin daşı, 
Tahirə, qəmini sən özün daşı. 
Həzin-həzin axıtdığın göz yaşı,
Çaya döndü, dama-dama yazmışam.

Tahire Məğrur.
www.kafiye.net