ANAM ÜÇÜN

Onları rayona yola salandan sonra öz otağıma çəkildim.Bayqdan boğazımda ağır yükə çevrilmiş qəhəri hönkürüb ağlamaqla özümdən uzaqlaşmağa çalışsamda .onun dediyi sözləri yadıma salıb dahada kövrəlirdim.Ailəmdə hamı mənə bələd olduğu üçün özümün tamam sakitləşəcəyimi gözləyirdilər.Qızımın dəfələrlə gəlib qapının arxasından məni səsləməsinə belə cavab verə bilmədim.Həyat yoldaşım sakit ol elə səni bazar günü rayona aparacam deməsi belə məni sakit edə bilmədi.Onlar mənzil başına çatana kimi onlarla zəng etdim hər dəfəsində ,bacımın zarafatla dediyi deyəsən anan üçün darıxdın bacı deməsi məni lap kövrəkləşdirdi.Anamla yol uzunu telefonla danışmağım onun mənə verdiyi məsləhətlər özümü ələ almam üçün etdiyi tövsiyələr hələ də son kəlməsinə kimi qulaqlarımdadır.Bir neçə saatdan sonra onlar kənddə olan ata evimizə çatanda bir xeyli rahat ola bildim. Gecəni yata bilməyib anacaq anam haqqında düşündüm.Səhər açılar –çılmaz tez zəng edib anamın vəziyyəti ilə maraqlandım .Hər şeyin yaxşı olduğunu eşidəndən sonra sakitcə öz otağımdan çıxdım.İndi bir xeyli yüngülləmişdim.Elə bil evimdən anamın ətiri gəlirdi bir anlıq ayaq saxlayıb dərindən nəfəs aldım,,Ətrinə qurban olum ana ,.deyib işlərimi görməyə başladım.Qəlbimdə sevinc cücərtiləri göyərməyə başlamışdı.Sevinirdim anam sağalıb yenidən həyata dönüb deyə.Hərdən özümü ağır bir döyüşdən qələbə ilə çıxmış döyüşçüyə bənzədirdim.Zarafat deyildi ən ağır xəstəliyə qalib gəlib anamı yaşadırdım.(( Hər gün hər saat anamla telefon əlaqəsi saxlayır vəziyyətini öyrənirdim.Sevincli xəbəri eşidib allaha əl açıb anamı bizə yenidən qaytardığı üçün dua edirdim.Məndən böyük olsada bacıma bəzi məsləhətlər verib nəyi necə etməsi haqdda göstəriş verəndə anamın narazı halda dnışmasını az da olsa qulağım çalırdı.Onun büçün bu qədər narahat olmağım onun xoşuna gəlmirdi.Özünü bu qdər yorma deyirdi bax sağalmışam ,görürsən daha yaxşıyam deyirdi.Sənin özünə qulluq lazımdır heç səninlə biz bu qədər maraqlanmadıq.Əməliyyatdan yeni çıxdığımı nəzərdə tutduğunu bilirdim.Nəinki özüm hətta ailəmin olduğunu unutmuşdum.Beynimdə bir anam və mənfur xərçəng var idi.Bütün günü yeni müalicələr axtarırdım ki bəlkə yeni bir müalicə üsulu tapa bilərəm.Xəstəliyin yatmış olduğunu bilirdim.Nə zamansa hansısa bir yerdən yəni bir orqandan püskürəcəyi mənə məlum idi.Qəlbimdə yaranan bu narahatçılıq sevinc hissimi üstələyir hərdən də yox olub gedirdi.Ancaq hardasa yenə tamam itib getmir az da olsa öz izini qoyurdu.Yavaş-yavaş yenidən həyata bağlanırdım.Artiq az da olsa məni inandırmağa bacramışdı anam yaxşı olması ilə.Çox sevinirdim.Sevincimi hamı ilə bölüşürdüm.Soruşan hamıya şükür indi çox yaxşıdır.Həkimlərində artıq orqanizmdə xəstəliyin fəaliyyətinin sıfıra yaxın olduğunu dediklərini deməklə sanki daha da xoşbəxt bir hiss yaşayırdım.Həkimlərin ilk dəfə qoyduqları,.ömrünə az qalıb lap az bacardığınız kimi hörmət edin son günlərini yaşasın dedikləri anam artıq 3 ay idi ki ayaqüstə rahat bir şəkildə yaşayırdı.Bu mənim və digər övladlar üçün dünyalar qədər böyük bir sevinc idi.Ancaq bu sevincin ardında necə böyük bir acının olmasından xəbərimiz yox idi.Yeni –yeni işıqlaşan dünyamın birdən-birə zülmətə qərq olacağından xəbərsiz idim.Yağışlı payızın istirahət günü idi.Hələ səhər yeni açılmağa başlamışdı .Səhərin sübh çağı gələn zəng canıma bir qorxu salldı.Əllərim titrəyə-titrəyə telefonu götürüb cavab vedim bacım idi.Səsindəki yorğunluqdan onun nəsə deməsini gözləməyinb anama nə olub deyib ona sual verdim.Tutuldu sonra astadan narahat olma bir az xəstələnib dedim ki biləsən gəlmək fikrin varsa gəl .Onun belə danışması mənim ümidlərimi qırdı.Bir kəlmə çıxıram deyib tələsik otağımdan çıxdım.Ailə üzvlərim artıq hamısı qəfil zəngdən oyanmışdılar.Heç kim inanmırdı.Axı hər gün hər birimiz anamla danışıb əlaqə saxlayırdıq necə ola bilər ki birdən-birə yatağa düşsün.Fikirlərim qarşımışdı nə edəcəyimi elə bil unutmuşdum.Hazırlaşıb tez rayona yola düşdüm.Uzaq məsafəni göz yaşlarımla qət etdim.Ürəyimdə allaha dua edirdim ki gedib anamı sağ görüm ona heç bir şey olmasın .elə bacımın dediyi kimi yüngül xəstələnmiş olsun.Həyat yoldaşım nə qədər məni başa salmağa çalışsada onu dinləmək halında deyildim.Yolboyu ancaq göz yaşlarım dindi.Sakit səssiz danışdı.((Anamı itirmişdim .Fikrimdə ancaq bir cümlə var idi.Anam artıq yoxdur(( Özümə lənət yağdırıdım onu yanımdan getməsinə niyə razı olurdum deyə.Elə bilirdim ki heç anam kəndə gedəndən sonra özünə baxmayıb öz qarşı laqeyid yanaşıb və xəstəlik yenidən baş qaldırıb.Yol uzandıqca səbrim tükənir az qa avtomobildən düşüb pay – piyada qaçmaq anama tez çatmaq istəyirəm.Zamanın mənim əleyhimə olduğunu düşünüb zamana hətta taleyimə belə nifrin etdim.Qəlbim sızıldadıqca gözümdən axan yaşların yanaqlarımı yandırdığını düşünürdüm.Nəhayət bir neçə saatlıq yolu başa vurub kəndə çatdıq.Bu yol elə bil ömrümdən illərimi apardı.Yol boyu düşündüyüm heç bir hadisə ilə qarşılaşmadım.Dəmir darvazanın örtülü olmasını görüb bir balaca toxtasamda.Avtomobildən düşən kimi heç kimə və heç nəyə baxmadan özümü eyvan ordan da anamın otağına saldım.Otaqda olan heç kimi gözüm görmədi bir anamın yataqda uzanıb baxdığını görüb özümü onun üstünə atdım.Onun üzünü boynunu öpməyə başladım.Əllərini qaldırıb sakitləş nə olub ki deyib gülümsündü.Özünə məxsus gülüşü var idi.Anam əllərini qaldırıb gözümdən axan yaşları silmk istəyəndə qansız əllərini əlimə alıb öpüb ürəyimin üstünə qoydum.

Nahide Tağiyeva Qurbanova
www.kafiye.net