Ürek Arzuladı

Bir bacım mənə sevgi ilə döyünən ürək arzuladı. Sevgi, nədur bu adını sevgi qoyduğumuzun?
Məgər bu ürək bomboş,. səssiz-izsiz bir çöl-biyabandırmı? Dünyanın hər cür mohnətinə rəğmən ,onu bürüən yamyaşıl rəngin sehrinə düşüb təbiətin səsini dinlərkən titrəyən bu ürək sevgisizdirmi? Dərdli-dərdli inləyən könüllərə məlhəm olmaqçün çırpınan ,bütün varlığın xerinə karvan-karvan dualarını sevginin əsl qaynağı, mənbəy olan o ulu gərgaha yollayan bir ürək sevgidən məhrum sayılarmı? Özünü bu kainatın bir zərrəsi bilib bütünlüyün vəhdətin ilahi qüdsiyyətiylə haqlı bir hicranın acı verdiyi həsrətini anbaan yaşayaraq Onun əmrinə müntəzir olub özünü unudan bir ürək sevgidən məhrumdurmu?

Sevgi.. bir ananın ,bir atanın öz övladını hansısa bir səhvi üzündən danlağında deyilmi?
Bir-birinə mehr salan iki insanını ümü-küsüsündə, giley-güzarında ,məzəmmətli baxışlarında deyilmi?
doğulduğu elin-obanın havasını müqədəs bilib ,uğruna şirin canını fəda edən bir gəncin “Təki Vətən sağolsun” kəlməsiylə gerçəkləşən şəhadəti sevgi deyilmi?

Yaradanın qüdrət qələmindən çıxan nə varsa könül ümmanına sığışdıran ,əzizləyən hər canlının ,hər nəfəs alan-verən Tanrı əsərinin aşiqi olub üstündə əsən ,hər yanlışın içində bir düz görməyə çalışan, hər eybəcərliyin içində bir gözəllik işarəsi tapmaq ümidiylə öz içində yanıb-alışan bir ürək sevgisiz sayılarmı ,bacım?

Bu mənim sevgi anlayışımdır.Məni belə yaradan O Haqq ,o sevginin Özüdür.Diləyim var Rəbbimdən ki, məni elə bu sevginin sönməyən işığındaca dərgahına çəksin. Sevgilərimlə….

14.04.2017/Tamara Rustamova Tənha Bulud
www.kafiye.net