SIXMA MƏNİ DÜNYA. 

Sıxma məni belə dünya,
Sənin üçün ağlamıram.
Bilirəm ki vəfasızsan,
Mən sənə bel bağlamıram.

Sıxma məni sıxma dünya,
Sıxmağının mənası yox.
Onsuz da ki əzəlimnən,
Sevincim az kədərim çox.

Onsuz da ki əzəlinnən,
Gözlərimi yaşlamısan
Kədərimə qucaq açıb,
Sevincimi daşlamısan.

Söylə görüm axı dünya,
Niyə böyük gəldim gözə?
Məgər alın yazımdımı?
Taleyimdə mübarizə.

Sıxma məni daha dünya,
Sıxılası nəyim qaldı.
Güvəndiyim ürəyimdi,
O da məni qəfil çaldı.

Sıxma məni belə dünya,
Sıxıntım var ürəkdəndi,
Gözümdə yaş sənə deyil,
Həzin əsən küləkdəndi.

Nə qədər də sıxsan belə,
Qırammazsan dəyanəti.
Düşünmə ki,sıxmağınla
Əsir etdin Mətanəti.

Bakı.14.04.2017
Metanet Duyğulu
www.kafiye.net