Taxtlar Gördün

Taxtlar gördün, taclar gördün,
Güldün taxta, taca dünya.
Kim qurtarıb əllərindən?
Kim bacarıb qaça, dünya?

Gah yorulduq, gah da yorduq,
Fikir olduq, xəyal olduq,
İçimizdə dünya qurduq,
Sən döndərdin heçə, dünya.

Astar olan üz görmüsən,
Ağlar qalan göz görmüsən,
Yoxsa ömrü borc vermisən?
Kim gəlmişdi borca dünya?

Kol sovular, gülü qalmaz,
Yel sovurar külü qalmaz, 
Qonaq belə qarşılanmaz,
Qonağınam qoca dünya…

Cavanşir Əsgər
www.kafiye.net