ŞAİR HƏRDƏN MƏNNƏN DƏ YAZ


Yaz şairim,yaz dərddən yaz,
Gah namərddən,gah mərddən yaz.
Hərdən nəfəs alıb bir az,
Saçındakı dənnən də yaz,
Şair,hərdən mənnən də yaz.

Yaz yurd yuva həsrətimnən,
Düşmənimə nifrətimnən.
Misra qurub heyrətimnən,
Yaxına bax,gennən də yaz,
Şair,hərdən mənnən də yaz.

Perik düşüb obam,elim,
Çatmır ünüm,yetmir əlim.
Həsrətimi dilim-dilim,
Doğrayaraq ünnən də yaz,
Şair,hərdən mənnən də yaz.

Puç oldu arzum umudum,
Kipriyimi közlə yumdum.
Həsrətimi uddum-uddum,
İçib-içib dəmnən də yaz,
Şair,hərdən mənnən də yaz.

Bağrım başı olsa da şan,
Qorxma,olmaz dolub daşan.
Zirvələrdə topalaşan,
Dumana bax,çənnən də yaz,
Şair hərdən mənnən də yaz.

Nə yazırsan tək haqdan yaz,
Kökü bəlli budaqdan yaz.
Demirəm ki,nahaqdan yaz,
Haqqı duyub,dinnən də yaz,
Şair,hərdən mənnən də yaz.

Müəllif.Mətanət Duyğulu.
28.02.2017.
www.kafiye.net