MƏN SƏNİ GÖRƏNDƏ UŞAQLAŞIRAM

Ağarsa da saçım artsa da yaşım,
Minbir bəlaya tuş gəlsə də.başım.
Qocalıb itsə də ağlım,yaddaşım,
Səni düşünəndə cavanlaşıram,
Mən səni görəndə uşaqlaşıram.
M.Duyğulu.

Tanrı sevgisini bəxş edib mənə,
Ölsəm də bu eşqlə ölərəm yenə.
Uşaqlar arxamca deyəndə nənə,
Elə onlar kimi şıltaqlaşıram,
Mən səni görəndə uşaqlaşıram.
M.Duyğulu.

Dönür xəyalımda geri gəncliyim,
Olmur gözlərimdə bir an dincliyim.
Məndən ixtiyarsız sərt nadincliyim,
Tutur,susdurmağa çox çalışıram,
Mən səni görəndə uşaqlaşıram.
M.Duyğulu.

Uzadıb göylərə qoşa əlləri,
Saxlayıram dəli əsən yelləri.
Dərə təpələrdən coşan selləri,
Önləyib,onlarla dolub daşıram,
Mən səni görəndə uşaqlaşıram.
M.Duyğulu.

Gəncləşir sinəmdə çırpınan ürək,
Coşur ürəyimdə min arzu dilək.
Bəzən də utanqac bir qızcığaz tək,
Qızarıb-yanında utanclaşıram,
Mən səni görəndə uşaqlaşıram.
M.Duyğulu.

Xəyalım dolanır dağda aranda,
Donmadan gəzişir qarda,boranda.
Birdən ayılıram:bax həmin anda,
Xəyaldan ayrılıb başqalaşıram,
Mən səni görəndə uşaqlaşıram.
M.Duyğulu.

Duyğulu söyləyər duyğularını,
Kimsə əyə bilməz düz ilqarını.
Görəndə dünyanın etibarını,
Susaraq izləyir durub çaşıram,
Amma,səni görcək uşaqlaşıram.

Bakı.03.03.2017.
Metanet Duyğulu
www.kafiye.net