ANA YER ÜZÜNÜN ALLAHI DEMƏK.

Hər ana olana,ana deyilməz,
Analıq zirvədir əsla əyilməz.
Gətirdiyin övladı sevib əzizləmədin,
Bəladan,təhlükədən qoruyub gözləmədin.
Günləri bir-bir sayıb,
Boy atıb böyüməsin sevinclə izləmədin,
Analıq olurmu heç?
Oyadaraq yuxudan,saçına sığal çəkib,
Öpərək yanağınnan,
Gözlərinnən qəlbinə sevgi toxumu əkib,
Onu böyütmədinsə analıq olurmu heç?
Gecələri yuxusuz,gündüzləru nigaran,
Allah qoru balamı,ürəkdən demədinsə.
Övlad sızıltısına qanamadısa yaran,
Balana yedizdirib,özün heç yemədinsə,
Analıq olurmu heç,

Böyütməkçün ayları,günləri bir bir sayıb,
Saçının qaralığın bəmbəyaz etmədinsə.
Ürəyində min ocaq,minbir tonqal qalayıb,
Qəlbindəki alovla onu isitmədinsə,
Analıq olurmu heç?
Özün xəstə yatanda,təki balam sağ olsun,
Deyib,onun dərdinə çarə aramadınsa.
Mən ölsəm də qoy Tanrı tək balamı qorusun,
Deyib onun qəlbinə bircə yaramadınsa,
Analıq olurmu hec?

Yıxılanda,duranda ona can demədinsə,
Ağrısın,acısın duyub hiss etmədinsə.
“Anan boyuna qurban”deyib öyünmədinsə,
Vətəninə layiqli övlad böyütmədinsə,
Analıq olurmu heç?
Analıq doqquz ay çəkdiyin deyill,
Analıq bir ömür verdiyin əmək.
Ey insan ananın önündə əyil,
Ana yer üzünün Allahı demək.
Övladsız qadına sonsuz deməyin,
Sonsuz, övlad qədri bilməyənlərdir.
Nə olsun dünyaya uşaq gətirib,
Sonsuz vətəniniə,doğma elinə,
Layiqli bir övlad verməyənlərdir.
Müəllif.Mətanət Duyğulu.
www.kafiye.net