QOCALMAYIN ATAM ANAM

Uşaqlıqdan ana məni çağırardın körpə balam,
Çaçlarıma sığal çəkib deyərdin ki,
“Sən evimin sonbeşiyi, həyatımın ev eşeyi,sevinc qalam”.
Mən böyüdüm,sənnən alldım,məhəbbəti,tərbiyəni,hər öyüdü.
Amma,mənnən ixtiyarsız qayğılarım,dərdlərim də mənlə bərabər böyüdü.
Mən böyüdüm,sənsə yenə çağırırdın körpə balam,
Mənsə gülüb deyirdim ki,ana axı mən böyüdüm körpə nədir?
Yenə gəlir qulağına körpə səsi?
Deyirdin ki,bir ananın gözlərində böyüməz ki,öz körpəsi.
Deyirdin ki gözlərimdə daim körpə olacaqsan,
Özün ana olsan belə,mənim üçün körpə balam qalacaqsan.
İndi eşit sən ana can,bax mənim də gözlərimdə,
Nə sən nədə atam heç vaxt qocalmayıb,
Mənim üçün qəlb evində,sizdən başqa özgə zirvə ucalmayıb.
Amma bil ki,uşaqlıqdan bir qorxu var ürəyimdə,
O,qorxunun bir adı var,sevdiyim əzizlərimi bircə itirmək qorxusu,
Bax bu qorxu ilə elə gecələru ərşə durub balanın şirin yuxusu.
Xəyalıma gətirdikcə, incilmişəm qırılmışam,
Xəyalların ağuşunda ayılmışam ki,didərgin olmuşam.
Sevə sevə itirmişəm ana adlı vətənimi,
Sevə sevə itirmişəm,ürəyimdə gizli qalan bir mənimi.
Yaşayın ki,atam,anam barı sizi itirməyim,
Əzab dolu yollarımda siz adlı dərd ağacını bitirməyim.
Mən ki,sizin gözünüzdə körpəyəmsə,
Siz də mənim gözlərimdə,çox gəncsiniz,
Mən adayam siz də mənim ətrafımda mavi dəniz.
Gecə gündüz ürəyimdə sizin üçün sevgi qalası qururam,
Amma dilə gətirmirəm,çünki sevib itirməkdən ana,mən yaman qorxuram.

Müəllif.
Mətanət Duyğulu.
www.kafiye.net