ƏR OĞLU PAŞAM.

Vətən darda ikən qoşdun yardıma,
Qardaşlıq köməyi etdin yurduma,
Sevginle cəsarət verdin orduma,
Kazım Qarabəkir,ər oğlu paşam..
*
Doğma Naxçıvana gəldiyin andan,
Qurtardın bu xalqı ölümdən,qandan,
Sənə minnətdarıq ürəkdən,candan
Kazım Qarabəkir,ər oğlu paşam..
*
Saldın vəlvələyə məlun düşməni,
Qovdun vətənimdən dumanı,çəni,
Bu millət heç zaman unutmaz səni,
Kazım Qarabəkir,ər oğlu paşam..
*
Şərəfsiz düşməndən sən qisas aldın,
Yağını ayağın altına saldın,
Odur ki,əbədi qəlblərdə qaldın,
Kazım Qarabəkir,ər oğlu paşam..
*
Sən ey türk xalqının qəhrəman oğlu,
Sayəndə yarıldı düşmənin bağrı,
İgidlik göstərdin doğrudan doğru
Kazım Qarabəkir,ər oğlu paşam..

Nazlı Hacılı.
31.03.2017
www.kafiye.net