Sevgili Zəhrama

Bir sual önündə susub durursan, 
İçində bir yeni dünya qurursan.
Gülən gözlərinlə sən ovudursan
İçəridə nəmli , sızlayan qəlbi.

Həqiqətdən yapış, sən haqdan güc al, 
Zəiflər hər yerdə salar qalmaqal.
Milçək bir şey deyil, qəlb bulandırar,
Nadan ağız açsa, heç vermə macal.

Bu gün yaman doldu ala gözlərin,
Gur alovu sönmüş qaynar közlərin
Qarsan istisindən tutulub durdun,
Qəhərində itdi kəskin sözlərin.

Rüxsarə Tapdıq
www.kafiye.net