BAĞIŞLA

Dünya qara geyər, sevməsəm səni,
Asılıb qalaram kipriklərindən.
Sənin gözəlliyin öldürür məni,
Üstünsən cənnətin mələklərindən.

Vicdanım yol verməz susam, dinməyəm,
Nazını çəkmərəm özgənin, yadın.
Can deyən gözələ gərək can deyəm,
Ruhumu könlümü oxşayan qadın.

Göylər də baş əyir bu məhəbbətə,
Deyəsən olmayır eşqin vədəsi,
O gözlər, gözümü saldı heyrətə.
Sevgisiz yaşamaz Allah bəndəsi.

Qəfil yaxaladı bu sevda məni,
Sevən ürəyimi yandırıb yaxdın.
Tay necə unudum axı mən səni,
Qəlbimi titrətdin, üzümə baxdın.

Əgər gül gülürsə bülbül neyləsin,
Daş da muma dönür alov içində,
Sevən ürəyi var, axı hər kəsin,
Başqa yol görmədim mən bu seçimdə.

Mənim nazli gülüm, incə çiçəyim,
Aldın ürəymi bircə baxışla.
Təzədən gül açdı arzu, istəyim,
Tanrı günahımı özün bağışla.

Eziz Musa
www.kafiye.net