DAĞLAR.

Həsrət dərdi alovumu,
Döndəribdi,közə dağlar!
İzin verin,söz-sovumu,
Açım deyim sizə dağlar!

Al don geymir yaşıl çöllər,
Sonasızdı durna göllər,
Yeddi ildi bizim ellər,
Həsrət qalıb,bizə dağlar!

Arzu qəlbdə qalaq-qalaq,
Həsrət qəlbə olub calaq,
Zaman pisdi,qorx ki,nahaq,
Gəlib haqqı əzə dağlar!

Ayaqlanır indi çörək,
Açılmamış solur çiçək,
Bu hallara gərək ürək,
Dağ ola ki,dözə dağlar!

Sizdə ömür keçir çox xoş,
Sizi görən olur bihuş,
Kaş çevrilib olam bir quş,
Uçub gələm,siz dağlar!

Ağ papağın olub qardan,
Seçilmirsiz ixtiyardan,
Qorxuram ki,intizardan,
Qan sızıla gözə dağlar!

Soldurma gül yanağını,
Söndürmə gur çırağını,
Hər fəsildə qucağını,
Gül-çiçəklə bəzə dağlar,

Sinən üstə gül qoşadı,
Hərbiri bir tamaşadı.
Görsən Zaur az yaşadı,
Bük beş metr bezə dağlar!

9.mart.1995
www.kafiye.net