Dostlar

Dostlar,bilirsiniz,
Haqsızlığın sürgün
etdiyi
Və sürgündə də ğözləri tutulub,

kor olan,sürgündə də ölüb,corabları
ayağında qara ədyala bükülərək 59
nömrəli (qəribə deyilmi ki,şair 59 ya-
şönda da vəfat etmişdir)qəbirdə dəfn
edilən və o qəbirdə düz 41 il “yatdıqdan”
sonra sümükləri vətənə gətirilən dahi
sənətkar,əvəzedilməz şair Hüseyin Cavid
haqqında yazdığım “Ağlayan məzar” adlı
poemamdan ixtisarla hissələr paylaşır və
bundan qürur hissi duyuram .
Bir neçə gün bundan əvvəl birisi mənə
yazmışdı:”İndi kimdi Cavidlərlə maraqlanan?
Bu günkü tarixi yazanlardan,bu günümüzü
quranlardan… yaz onlardan danış…”
Məsləhət üçün kimlərdən yazacağımın ad-
larını da göstərmişdi,hələ.
Bu gün də birisi yazıb,Cavidin sümüklərini
Azərbaycana gətirdən şəxs barədə yazmağı-
mı məsləhət gördü.
Mənsə ondan soruşdum:”Səncə,Cavid əfən-
didən soruşulsaydı sümükıərinin o qəbirdən
çıxarılıb ,yenidən onu sürgünə göndərib ,ailə-
sini də pis günə qoyan bu məmləkətə gətiri-
lib-gətiriiməyəcəyini, buna hansı cavabı ve-
rərdi? Razı olardımı 41 il “qol-boyun” olub yat-
dığı o məzardan çıxarılıb,onu sürgünə göndə-
rənlərin nəvə-nəticələrilə yenidən rastlaşma-
ğa?..”.
Çox sözlər dedim ona.
Əziz dostlarım,ona görə də bu poemanın
adını “Ağlayan məzar “qoydum.Çünki
bizlərdən daha çox yanmış,bizlərdən daha
çox ağlamışdır Cavidə.
Sizcə necə,Cavid öz sümüklərinin o məzar-
dan çıxarılıb,Vətəndə də olsa,başqa bir məzar-
da dəfn edilməsinə razı olardımı?

Məzahir İsgəndər
www.kafiye.net