Soyqırım nəğməsi../ Dəstəgül Zamanlı
*

O gecə, gecənin şaxta nəfəsi,
İsti ürəklərdə yer eyləyirdi.
Qovub doğma yurddan zorla hər kəsi,
Quduz ermənilər güllələyirdi.
*
Odlu silahların qəhqəhəsindən,
Alov püskürürdü, dəhşət yağırdı.
Ana naləsindən, körpə səsindən,
Ölüm şığıyırdı, nifrət yağırdı.
*
Qaya haray çəkir, dağ hayqırırdı,
Həqiqət bu yerdən olmuşdu sürgün.
Şər meydan sulayır, “qan” bağırırdı,
Haqqın qapısı da, bağlıydı o gün.
*
“Ölüm mələkləri” edirdi nələr,
Vəhşi baxışlarda qan çağlayırdı.
Göyə ucaldıqca Yerdən nalələr,
Allah da yanırdı, qan ağlayırdı.
*
Gecə boğulurdu qanda o şəhər,
Hər tərəf yanırdı, tüstüləyirdi.
Xocalıya yağan odlu mərmilər,
Soyqırım nəğməsi bəstələyirdi….

*
Dəstəgül Zamanlı
Bakü / AZERBAYCAN
www.kafiye.net