BACARAMMADIM.

Boşuna səninlə xəyal qurdum mən
Hər gəlib-gedənə səni sordum mən
Gözlədim,gözlədim,susqun durdum mən
Səni untmağı bacarammadım.
*
Bir gecə yerimde rahat yatmadım
Ömrümə bir zərrə nəşə qatmadım
Sevgimi başımdan bir an atmadım
Səni unutmağı bacarammadım.
*
Gözlərim yol çəkdi,qəlbim intizar,
Kədər məni sardı,çəkdim ahu-zar
Nə qədər çalışsam ey vəfasız yar
Səni unutmağı bacarammadım.
*
Sevdan yalan oldu boş qaldı əlim,
Adını eşitsem titrədi dilim
İnan ki ayırar bizi tək ölüm
Səni unutmağı bacarammadım.
*
Sevincm yox oldu,üzüm gülmədi,
Çilə məhv eylədi,gözüm gülmədi,
Hecam düyün düşdü,sözüm gülmədi,
Səni unutmağı bacarammadım.

Sema Dağlı. 
2006.
www.kafiye.net