Unut məni

Səni yoldan eyləmirəm,
Bacararsan, unut məni.
Elə-belə söyləmirəm,
Bacararsan, unut məni.

Unudarsan, min dərdini,
Ovudarsan, min dərdini,
Lap sevsən də özgəsini,
Bacararsan, unut məni.

Addımlayıb ildən-ilə,
Əriyərsən, gilə-gilə,
Sevdiyini bilə-bilə,
Bacararsan, unut məni.

Eh, ruhunu uçurarsan,
Yuxunu da qaçırarsan,..
Heç sanma ki, bacararsan,
Bacararsan, unut məni.

Destegül Zamanlı
www.kafiye.net