Sözümdə

Könlümün saf məhəbbəti,
Bağlayıb qubar sözümdə.
Nə desəm dəyir xətrinə,
Görəsən nə var sözümdə.

Kədərim elə qarıyıb,
Telimi dən-dən darayıb,
Ürəyim dərddən yarıyıb,
Alışıb yanar sözümdə.

Verib mənə dərdi-səri,
İtirdiyim dönməz geri.
Ömrümün ötən günləri,
Olub bir qatar sözümdə.

Nə çarə yoxdur ağrıma,
Nə deyən var ki, ağlama.
Dərdimi basım bağrıma,
Bəlkə ovunar sözümdə.

Destegül Zamanlı
www.kafiye.net