“Bata Bilər” şeirimi bəyan edirəm…

Elə dərdə düşmüşəm mən,
Bu dərdimi buta bilər.
Vallah sevgi bir tələdi,
Qəfil səni tuta bilər.

Ürəyində nifrət olan,
Əhdi yalan, sözü yalan,
Sevgisizdən uzaq dolan,
Bu gün səni ata bilər.

Əzizlədim mən bir adı,
Ancaq məni heç duymadı,
Sevən qəlbim bir dəryadı,
Naşı orda bata bilər.

Sevdiklərinizlə həmişə sevinərək, sevilin. Amin

Aygün  Hüseynli
www.kafiye.net