Bu şeirmi Anamla bahəm bütün Analara həsr etmişəm. Dünyasini dəyişmiş Analara məkanlari Cənnət olsun Amin..

Anam

Övlada bağlidir ömrü, həyati,
Min ilə əvəzdi bircə saati.
Kəsilməz dilindən layla ,bayati,
Qayğili ,duyğulu ürəkdi anam.

Bilməz hikkə nədir ucalanda da,
Özünü tox tutar ac olanda da .
Oğluna , qizina qocalanda da,
İsti qucağiyla gərəkdi anam.

Sözlər şirinləşər ,şirin dilimdə ,
Aləmə nur yayar üzü güləndə.
Bəzən polad sinar onun əlində,
Bəzən ipək kimi kövrəldi anam.

Aygünəm yadimdan çixmaz bu məsəl,
Hec vaxt son sözümü demərəm əzəl.
Gözəllər yaninda hamidan gözəl
Mələklər yaninda mələkdir Anam.

Allahim hec bir evi böyüksiz etmə. ,onlari dərgahinda qoruyaraq amaninda saxla. Amin.

Aygün Hüseynli
www.kafiye.net