MƏNİ.

Dünənimə güllə atsam,
Topa tutar sabah məni!
Yapışmaram bəd əməldən,
Qucaqlayar günah məni!

Ədalətdən,haqdan qaçsam,
Şər işlərə işıq saçsam.
Qaranlığa qapı açsam,
Bağışlamaz Allah məni!

Həyat sınaq adasıdı,
Tanrı onun atasıdı.
Dünya şahmat taxtasıdı,
Mat eləyər tək şah məni!

Həsrət umsam vüsalımdan,
Utanaram öz halımdan,
Döndərənməz amalımdan,
Nə zülm,nə silah məni!

Ağa qara söyləmərəm,
Yoluma od ələmərəm.
Tamahkarlıq,eləmərəm,
Yıxar artıq tamah məni!

Dərd görsəm də zaman-zaman,
Ümid mənə olur dərman.
Hər əsən yel,qopan tufan,
Yıxa bilməz Vallah məni!

Zaur,dünya ər meydanı,
Gah günü var,gah dumanı.
Dərdsiz keçən günüm hanı?
Hesab edin “Segah”məni!

10.mart.2002
Zaur Vedili
www.kafiye.net