ZAMAN TƏRSDİ AY QAYNANA!

Hökmüranlıq getdi əldən,
Vay halına vay qaynana!
Tərs fırladı çarxı zaman,
Qışa döndü yay qaynana!

Yoxuydumu səndə ağıl,
Ağ gününü etdin nağıl?
Di ölüncə yanıb-yaxıl,
Saydığını say qaynana!

Saxlasan da haqq tərəfin,
Nahaq oldu son hədəfin,
Süpürgəsi oldun evin,
Zaman tərsdi ay qaynana!

Ağ günlərin oldu sürgün,
Bilmirdinmi var belə gün?
Çox danışma,gəlin üçün,
Dur get dəmlə çay qaynana!

Özgələrə qulaq asdın,
Ağ gününü qara yazdın,
Öz gorunu özün qazdın,
Kəfənini gey qaynana!

Qorx, hirslənib gəlin durar,
Qamətini tamam qırar,
Çox görübsən,yenə vurar,
Qartal kimi qıy qaynana!

Gəlinin hər əmrinə sən,
Eləyirsən əməl,əhsən!
Taleyindən olma küsən,
Önündə baş əy qaynana!

Sancılıbdı sinənə ox,
Yox,bu dərdin əlacı, yox!
Hələ sənin başına çox,
Tutulacaq toy, qaynana!

17.fevral.2006
Zaur Vedili
www.kafiye.net