Gəldim.

Gördüm ey şux gül üzünü,dinə-imanə gəldim,
Yar deyib səni sevməyə,mən də cahana gəldim.
*******
Dedim birdən yar dediyim,inanmazsan sözümə,
Ona görə sən sarıdan,şübhə-gumana gəldim.
****/******
Dostlar mənə söylədi ki,sən əl çək ol dilbərdən
Artdı sənə vurğunluğum,oldum bil divanə gəldim.
***********
Öylə çəkdim həsrətini,kimsə bilməz möhnətimi,
Gəl özün gör xiffətimi,yaş töküb əfqanə gəldim.
************
Ruhum sənə bağlı qaldı,sevən canım ahu-zarda,
Solmazam,səni sevməyə,bil ki,yanə-yanə gəldim.

28-07-2016
Şamaxı,Ovculu k.
Solmaz Şirvanlı
www.kafiye.net