QOPAR MƏNNƏN…

Yenə səni xatırladım,
Ürəyimdə alov kimi…
Titrədirsən varlığımı,
Payız vaxtı qırov kimi…

Toxunmağa qorxuram mən,
Ot üstündə şeh kimisən…
Gülüşünü tutanmıram,
Səhər əsən meh kimisən…

Sən acımın, şəkər dadı,
Dilim yanır, içənmirəm…
Unutmuşam söyləsəm də,
Yenə, sənnən keçənmirəm…

Sən ağzımda dilim kimi,
Hər dərdimin tək həkimi..
Günüm, ayım, ilim kimi,
Varlığımın sən hakimi…

Unut məni söyləsəm də, 
Sevməyirəm mən desəm də…
İllər ilə görməsəm də,
Qeyrisini seçənmirəm!..

Baxışından od almışam,
Qayıt, söndür eşq közünü…
Həsrətinnən qocalmışam,
Qopar mənnən, sən özünü…
Qopar mənnən, sən özünü…

RAİFƏ SƏRXANQIZI 29.06.2015 2.35
www.kafiye.net