TƏXMİS…

(ƏLAĞA VAHİD)

Tanrı bir inci kimi bəxş edib cahana səni
Gözəllikdə sanıram dünyada bir danə səni
Kamalındır yetirən şöhrətə,həm şanə səni
Vəfalısan, gözəlim,çəkdim imtahanə səni
Vəfadə tək yetirib gərdişi zəmanə səni.
***
İstəkli sevgililər ayrılıb qalıb çox tək
Sevgilindən ötrü gəl az qəm elə,az ah çək
Düşmən önündə ac olsan yenə görün tox tək
Rəqiblər gözünə kirpiyin batır ox tək
Vəfada göstərirəm hər zaman nişanə səni.
***
Tərifin yayılıb ey gül,bütün hər yanda sənin
Yox tayın,bərabərin Yaponda,ya Çində sənin
Ola bilməz paxıllıq zərrəcə qalbində sənin
Qəribə cazibə vardır gözəlliyində sənin
Bərabər eyləmək olmaz bir özgə canə səni.
***
Əhsən ol qeyrətinə hər gələnə yar demədin
Ədalətində mətinsən,bülbülə sar demədin
İçini qəm yaladı,üzdə qəmim var demədin
Sədaqətində dayandın,rəqibə sirr demədin
Elin şəmadəti gərçi,gətirdi canə səni
***
Nazlı,sitəmlərinə birtəhər dözüm demişəm
Çünki artıq üzünə öyrənib üzüm demişəm
Lalə yanaqlarına qurbandır gözüm demişəm
Sənin sədaqətini Vahidə özüm demişəm
O da sevir gözəlim,indi qaibanə səni..

13.09.2008.
Nazlı Hacili
www.kafiye.net