Elə Bil


Sehrinə düşdüyüm andan cismində candı muğamat,

Elə bil damarlarımda dövr edən qandı muğamat.

Qəti doydum deməz heç vax o,dəryaya baş vuran kəs,
Olar hər bir sirdən agah,hər kim ki,qandı muğamat.

Bəlkə də o,yaranıbdır Adəmdən,Həvvadan əvvəl,
Fərqi yoxdur,yarandandan şöhrətdi,şandı muğamat.

İki dünya bir olsa da sarsılmaz onun vüqarı,
Sönməyən bir işıq kimi qəlblərdə yandı muğamat.

O,sirli-sehirli aləm olub,olur ,olacaqdır, 
Qəti taxtı devrilməyən padşahdı.xandı muğamat.

Telə mizrab dəyən kimi elə bir qopur fırtına,
Hər nə olur olsun vallah,bizə ad-sandı muğamat.

Zaur,o,elə güldür ki,ətrini itirməz heç vaxt,
Nazını çəkən hər kəsə nazlı canandı muğamat.

11-Mart 2011
Zaur  VEDİLİ
www.kafiye.net