Niyə Ağlamırsan

Çoxları yas tutur sənin halına,
Niyə ağlamırsan axı sən dünya.
Ata əl qaldırır doğma balaya,
Bacı gözdikir bacı yarına,
Qanqal kölgə salır,yaşıl yaylağa,
Niyə ağlamırsan axı sən, dünya?

Tülkülər böyüyüb,aslan pislənir,
Palıd kök atır,için qurd yeyir.
Haqqlının haqqı heç deyilməyir,
Haqqsız haqqını pulla bəzəyir.
Ölülər diriyə bil zəhər verir,
Niyə ağlamırsan axı sən, dünya?

Yerlər göylərlə haq hesab cəkir,
Çığırda ot bitir iz görünməyir.
Qartallar zirvədən dəryaya enir.
Vüsalın yolunu həsrət qəm kəsir,
Xar tutmuş güllər də gül açmır daha,
Niyə ağlamırsan axı sən, dünya?

Söyüd çiçəkləyib bar gətirəndə,
Şahinin yolunu sərçə kəsəndə.
Susuz səhrada dərya gəzəndə,
Okyanlar icindən damla görəndə,
Insan insanlığdan üz çevirəndə,
Niyə ağlamırsan axı sən, dünya?

Mərdi qova-qova namərd etdilər,
Qurumuş kəhrizə bulaq dedilər.
Çayların selini bəndlə kəsdilər,
O yana bu yana yel tək əsdilər,
Ağılsız varlıya baş endirdilər,
Niyə ağlamırsan axı sən, dünya?

Insanı öldürüb qanın icillər,
Axan qanınan şərab cəkillər.
Cələng hörənə bil tac verirlər,
Cayları qurudub,qumsal edillər.
Xalını –xalçanı pulda görüllər,
Niyə ağlamırsan axı sən, dünya?

Azadlıq zəhərdi,balı şan üsdə,
Insanlar üzüllər qəm dənizində.
Bəşər tarixində sən yer üzündə,
Haqsız-haqlının yolun,kəsəndə,
Lalənin bağrına ləkə düşən də,
Niyə ağlamırsan axı sən, dünya?

Bülbülü qəfəsdə dusdaq edəndə,
Poladı zindanın üsdə isdi əyəndə.
Öküzü qocaldıb, gülünc edəndə,
Qaysaxsız yaraya,duz töküləndə,
Namusu – şərəfi oyun biləndə,
Niyə ağlamırsan axı sən, dünya?

Dəryalar quruyub, səhra olanda,
Ağaca baltanı dibdən vuranda.
Balalı ceyrana ovçu qıyan da,
Sağalmaz yaraya, çarə tapanda,
Ilan zəhərindən məlhəm qoyanda,
Niyə ağlamırsan axı sən, dünya?

Cahan başdan-başa dağılıb gedir,
Tikanlı məftilə şükür edilir.
Seyidin, imamın səni səsləyir,
Süngü sümükdədi, nəfəs kəsilir,
Cirpinan ürək yox, bil ki, cəsəddi,
Niyə ağlamırsan axı sən, dünya?

Hakim hökmün satır dövlətə vara,
Insan insanlıqdan dönübdür daha.
Ölün üsyan edir sanki məzara,
Diri- dillənərkən gözü ovcunda,
Pünhanə, həqiqət yalan olanda,
Niyə ağlamırsan axı sən, dünya?

Punhane Eliyeva
www.kafiye.net