Yaşa Yenə

Sənə öz taleyimdən
Yenə giley açaram 
Bu bəxtsiz taleyimdən
Mən səssizcə qaçaram

Baxıb sənin gözünə
Məhəl qoymam sözünə
İsinərəm közümə
Sığınaram özümə

Unut məni demərəm
Heç sənə də dönmərəm
Daha səni görmərəm
Yaşarkən də ölmərəm

Qalarsan bəxtin ilə
Sən də yenə baş-başa
Yaşa öz taleyinlə
Yaşa yenə sən qoşa

RAİFƏ SƏRXANQIZI 30.04.2013 17.42
www.kafiye.net