Babək

Başı Bağdad ayağı Hində çatan,
Zülümü xilafətin ölüm saçan,
Əsiri,qəz-gəlini kölə satan,
Köləlik,bəndə ruhu Azadlığın yad səsidir,
Ulu Babək Fərəhi İnsanın azad səsidir.

Ruhu Hürmüz işığının nurudur,
Yolu Haqq,Ədalətin pak yoludur,
Hünəri inam,inancın Uludur,
Qırx ilin imtinası bəşərə fəryad səsidir,
Ulu Babək Fərəhi İnsanın azad səsidir.

Bəzz qalası qüruru Əyilməzin,
Qanlı bayraq gücüdür Yenilməzin,
Amalı qütrətidir ol Ölməzin,
Şirvinin Hürmüz ilə vəhdəti-vahid səsidir,
Ulu Babək Fərəhi İnsanın azad səsidir.

Göy ruhu xürrəmilik dəyanəti,
Qanları bahasıdır hay dövləti,
Sımbatın üzqaralıq xəyanəti,
Hiyləsi xilafətin ərdəmə bərbad səsidir,
Ulu Babək Fərəhi İnsanın azad səsidir.

Dünya möhtac özünün mənasına,
Babək ərdəmliyinin səmasına,
Bayrağı bəşəryətin binasına,
Doğranan əl-ayağı Atayurda and səsidir,
Ulu Babək Fərəhi İnsanın azad səsidir.

Elli ATAYURD
www.kafiye.net