Vətənin őzű gəlir

(Cənazədə anasının űstűnə gələn Şəhidlərə)

Ay ana, dur qarşıla,
Qeyrətin izi gəlir.
Qucaq aç, bas bağrına
Çökdűrűb dizi, gəlir.

Gəzib dolanıb ellə,
Qucağı dolu gűllə,
Bəzəyib dőşűn gűllə,
Şuşanın gőzű gəlir.

Od vurub qəlb qalayıb,
Nər yıxıb, el talayıb,
Leşi leşə calayıb,
Dűşmənin kőzű gəlir.

Deməyin yaralıdır,
Ruh candan aralıdır,
Sormayın haralıdır,
Lələnin dűzű gəlir.

Uca tutub başını,
Silibdi gőz yaşını.
Atıb qűrbət daşını,
Vətənin őzű gəlir.

Qabil  ADALET
www.kafiye.net