A Kağa

Eylədim öz- özümə sorğu- suallar,a qağa,
ÇıxamAdamdan olam İnsana həmvar,a qağa.

Eylədim elani-cəng mənlərimə mən Mənilə,
Doluşub içimizə tülkü,canavar,a qağa.

Döyüşə girmək üçün bulmağımız müşküli-kar,
Kimi sorsan – “pak olan”, kimdi günahkar,a qağa.

Edəməzsən yoxacan ,əsarətin pilləsini,
Var ikən qəlb evində kölə ,ağalar,a qağa.

Gör neçə nərlərin ovsarı ilişib ulağa,
Hansı axmaq dəvəni eşşəyə bağlar,a qağa.

Bundan artıqmı olacaq axsaq ilə kora qalan,
Dünyada haqqa çatıbmı,haqq olanlar ,a qağa.

Yaltağa kimliyini söyləyəndə görsə idin,
Üstümə həmən hücumda bu qoçaqlar,a qağa.

Məni yandırmaz idi üstümə gəlsə rus, nemes,
Şad olam ki, döyüşüm ,qartal ilə sar,a qağa.

Dünyanı gəl ötəlim ,gerçəkliyin mənasına,
Şükürümdən ucaya Ellilərə var,a qağa.

Eli ATAYURD
www.kafiye.net