Çanaqqala

Kecilə bilməz idi Çanakkala –Türk Ruhunun zirvəsidir.,-“
Ölümə qalib olan –Ölümsüzlük—Göylüyümün çöhrəsidir.
Burası tarix yazan ,dastan qoşan,tabu qalan Çanaqqala,
Əyirəm baş mən önündə zəfərin Mütləqi olan Çanaqqala.

Düşmənin Parlar uğrunda sönən hər Günəşim ki,Bəşərin türbəsidir.
kəndisi şaşmış ,..oldu bilməz səbəbin cəsarətin.
Təzimə gəlməsi vacib bəşərin övladının,.. saf heyrətin.
Tarixə simvol olan salnamələr örnəyidir dəyanətin.
Türklüyün qanındadır yenilməzlik,. tək qəhrəman Çanaqqala,
Əyirəm baş mən önündə zəfərin Mütləqi olan Çanaqqala.
Dastanı Seyyidimin aləmə car ,təkrarı mümkün olmayan,
Cocuğun üstün açan ,sacın satan anaları unutmayan,
O fidan onbeşlərin məsum olan baxışları ürəkyaxan,
Dur ,torpağa bax,torpaq deyil — qan ağlayan Çanaqqala,
Əyirəm baş mən önündə zəfərin Mütləqi olan Çanaqqala.

Ali,Mehmet xınası əsrlərlə hifz olunub Hundan gələn.
Vətənə,torpağına yavrusunu sevə-sevə qurban verən.
Əbədi,Kamil olan Tanrısına ölməzlikdə çatan,yetən,
Əzəlı,Əbədilik Qəhrəmana oldu dastan Çanaqqala,
Əyirəm baş mən önündə zəfərin Mütləqi olan Çanaqqala.

Ey bəşər evladı bax-məktəbidir,şərafətin, insanlığın.
Gəl də gör Çanakkala salnaməsin yazanların savaşmağın.
Tutmuş al bayrağını Göylüyünün-Tanrısına fərahlığı.
Görmədi Ədalətin zəfərinə eşit gələn Çanaqqala,
Əyirəm baş mən önündə zəfərin Mütləqi olan Çanaqqala

Bu zəfər zəfəridir –İnsanlığın əsarəti ,zülmü qıran.
Bu zəfər zəfəridir –tüm dünyanın taleyində işıq olan.
Bu zəfər zəfəridir—Atatürkün Türkiyə tək dövlət quran.
Aparar tarixlərə dastanların mayak bilən Çanaqqala,
Əyirəm baş mən önündə zəfərin Mütləqi olan Çanaqqala.

Elli ATAYURD
www.kafiye.net