Kelek Dostlari.

Aqil Kengerlinin “Her cüre dost gördüm”sheirine

Dünyanın min türlü işi üzü var
Uçrumu yoxuşu dağı düzü var.
Axtarsan dost adlı bəlkə yüzü var.
Sınaqdan keçirək bilək dostları.

Saydığın her şeydən mən də halıyam
“Saxta dost”əlimdən çox yaralıyam.
Məni dilləndirdin danışmalıyam!!
Kələyə tuş gəlsin “Kələk dostları”!!

Aqil, pis olmasa yaxşı bilinməz.
Esil dost heç zaman gözündə enməz
Esrlər də keçsə yeri silinməz.
Gərək unutmayaq Dirək dostları.

Eynidi “Saxta dost”,”Yalançı Hacı”
Milyon il şah olmaz gəzdirsə tacı
Zamandı hər qaranlığın əlacı
Çıxaracaq üzə elek dostları.

Rəhimli ürəyi salma qübara..
Səni dəyişdilər dövlətə vara
Dar gündə çevrildi uçuq divara
Mən isə sanmışdim Kürək dostları.

Müəllif: Aygün Rehimli Akbaba

www.kafiye.net