Qocalmışam

Bu gün mənə qocalmısan dedilər,
Gedib uzun-uzun baxdım güzgüyə.
Niyə görməmişəm bu qırışları,
Bunlar necə görünüblər, özgəyə?!

Üzüm kimi səsim də qocalıbdır,
Daha sohbətimdə yoxdur o sevinc.
Guya qocalmayan yerim qalıbdır?!
Taqətim tükənib, oturmuşam dinc.

Demə qocalığı boynuna almır,
Qocalıq özü boynuma minəcək.
Gizlətməyə çalışdığım qırışlar,
Mənim yerimə danışıb, dinəcək.

Necə qocalmasın bu xəstə ürək?!
Özündən ağır yükləri daşıyır.
Bəlkə gülməlidir, amma bu dərlə,
Sən hələ sevin ki, sağdı, yaşayır.

Rəhimli,nə düşünürdün axı sən?!
Elə bilirdin ki, uşaq qalmısan?
Ötən illəri də, unutmusansa, 
Deyəsən doğurdan da, qocalmısan.

Müəllif: Aygün Rehimli Akbaba
www.kafiye.net