Gedim

Yenə də təkliklə qaldım baş-başa,
Bu il də vüsalım çevrildi daşa.
Mən oyunçu oldum, illər tamaşa,
Bu da son rolumdu, oynayım gedim.

Mələklər yazdılar hey ahlarımı.
Yarsız qarşılanan sabahlarımı.
Toplayın savabla günahlarımı,
Saqikən qazanda qaynayım gedim.

Rəhimli səbrinin sapı incədi
Bəxtin yaradanin ürəyincədi.
O üzdə əzabım yetərincədi,
Bir az da əzabdan doymayım gedim.

Müəllif: Aygun Rehimli

www.kafiye.net