Bu millətə Kömək Ol.

Günü döndərən Allah,
Yağmur endirən Allah,
Lalı dindirən Allah,
Bu millətə kömək ol.

Ey dünyanı yaradan, 
Seçən ağı, qaradan.
Dərdə düşdü haradan?
Bu millətə kömək ol.

Şöhrət gəzir, ad gəzir,
Damağında dad gəzir.
Torpağında yad gəzir,
Bu millətə kömək ol.

Axmasın nahaq qanı,
Bu dərsin sonu hanı?
Ey aləmlər sultanı,
Bu millətə kömək ol.

Nə gizlənər gözündən?
Qəm çəkilmir üzündən.
Qoru yaddan, özündən,
Bu millətə kömək ol.

Görən nəydi günahı?
Varmı nurlu sabahı?
Təkcə sənsən pənahı,
Bu millətə kömək ol.

Səbri çəkilib tarım,
Qisası qalıb yarım.
Hər şeydən xəbərdarım,
Bu millətə kömək ol.

Dönübdü pasa, bilmir.
Zəhərin qusa bilmir,
Rəhimli susa bilmir,
Bu millətə kömək ol

Müəllif: Aygün Rehimli Akbaba
www.kafiye.net