Nə Olar

Nə olar, unutma məni birədi,
Mən sənin olaram bil ki, əbədi.
Sevənlər könlünü verər bir dəfə,
Amma ki, o eşqi sönməz əbədi.

Sənindir bu könlüm, sevən qəlbim də,
Sənindir, ürəyim, ömrüm, günüm də,
Sən tər qöncəsən, mənim könlümdə,
Ürəyim səndən dönməz əbədi.

Bülbüldü dağlarda gülün bəzəyi,
Sonadı dağlarda gölün bəzəyi,
Ən şirin söz olub dilin bəzəyi,
Zirvəyə qalxarsa enməz əbədi.

Istəmə sevgimiz daşlara dəysin,
Dostları incidib könlünü əysin,
Pünhanə hər zaman sevincək desin. 
Sevərək yaşayıb,ölməz əbədi.

Punhane Eliyeva
www.kafiye.net