Heç Kimi Sevəmmirəm

Heç kimi sevəmmirəm, gəncliyin bu yaşında,
Sənə necə öyrədim, sevib sevməyi qəlbim.
Ağlım olubdu atlı, mən qalmışam piyada,
Dayanıb durmuram ki, vurulum bir kimsəyə,
Küsüb sanki hər şeydən quruyub ilham təbim.
Sənə necə öyrədim sevib sevməyi qəlbim.

Bütün dünya-bəşəri, mən sevrəm hər kəsi,
Vətənpərvər biriyəm, fərqi yoxdu bir kəsi.
Inan mənə vallah ki, lap doğrusun deyrəm,
Sən deyən kimi vallah, könül ala bilmirəm,
Könülə də dəymirəm, lap coşanda da səbrim,
Sənə necə öyrədim sevib sevməyi qəlbim.

Həyatın hər anında ağrı-acı görmüşəm,
Qəm-kədəri qoxlayıb min əzab da çəkmişəm.
Dəfələrlə qəlbini mənə acan görmüşəm,
Kədərinə üzülüb, gülüşünə gülmüşəm,
Sənin xoşbəxt olmağın sevincim olub mənim,
Sənə necə öyrədim sevib sevməyi qəlbim.

Bağrı viran bağların, qorxusunu çəkmişəm,
Gül-cicəyin cəməndə laləsini sevmişəm.
Mən sevginin həsrətin, vüsalını sezmişəm
Məni sevən biriylə, günlərlə yol gəlmişəm,
Elə hey gözlərində ölüb dirilib sevgin,
Sənə necə öyrədim sevib sevməyi qəlbim.

Elə bil daş olmuşam, mən daşdan yoğrulmuşam,
Dili ağzı bağlıyam, bil cansız can olmuşam.
Ömrümün bu yaşında, həyatımdan doymuşam.
Inan mənə həyatdan daha da yorulmuşam,
Xöşbəxlikdən, sevincdən qalmayıb güman yerim,
Sənə necə öyrədim sevib sevməyi qəlbim.

Məndən əzəl doğulub məndən böyükdür dərdim,
Cəkdiyim əzablara sinə gərə bilmədim.
Sevdim, sevildim, allah bunu dəqiq bilmədim,
Kimsəyə bir dərdimi açıb deyə bilmədim,
Izin ver ürəyimdə qalmasın bircə sirrim, 
Sənə necə öyrədim sevib sevməyi qəlbim.

Birinə həmdəm olub, könlümü pünhan eylədim,
Ürəyimə əmindim ki, tək səni sevəcək dedim.
Pünhanə,qətirdiydim sözü açıq söylədim,
Qəlbim sənindi, qəlbimi ala bilərsən dedim,
Səndə hökümlüydün, onu sevə bilmədin,
Sənə necə öyrədim sevib sevməyi qəlbim.

Punhane Eliyeva
www.kafiye.net