Söylə Mənə

Söylə mənə, çoxmu üstünə geldim,
Nədən məni atıb getdin ay qəlbim?
Tək sənə baş etdim sənə əyildim,
Qarşında diz cöküb sənə yalvardım,
Nədən məni atıb getdin ay qəlbim?

Mən də bir gülüydüm, düşdü ləcəyim,
Ömrümə bəzəkdi kədərim, qəmim,
Qəlbimi çeynədi, diddi diləyim,
Arzumu söykəndi sənsiz ürəyim,
Nədən məni atıb getdin ay qəlbim?

Yandırdı icimi naləm, fəqanım,
Hicranda qalıbdı baharım yazım,
Solubdu güllərim, virandı bağım,
Xoşunamı gəlir həsrətli payım?
Nədən məni atıb getdin ay qəlbim?

Yaddaşım ağlım gərəkdir dedim,
Gecə də, gündüz də dualar etdim,
Haqqın dərgahına haqqımla yetdim,
Nədən insafa gəlib imdad etmədin,
Nədən məni atıb getdin ay qəlbim?

Kəklik tək dağlarda, daşlarda gəzdim,
Şaxtanı, covğunu bir günəş bildim,
Lalə tək bağrımı xal-xal eylədim,
Nəyinə gərəkdir bu qədər qəmim,
Nədən məni atıb getdin ay qəlbim?

Sevinmədi könlüm, küsdü ürəyim,
Öldü xəyallarda arzum, diləyim.
Hardasan, ay mənim ömür gərəyim?
Əldən ücüb getdi sevinc mələyim,
Nədən məni atıb getdin ay qəlbim?

Pünhanə, qəlbini didəcək bu qəm,
Bülbülü gen düşmüş tənha çiçəyəm.
Yenə dostlarımdan uzaq düşmüşəm,
Mən səni ömrümə həmdəm bilmişəm,
Nədən məni atıb getdin ay qəlbim?

Punhane Eliyeva

www.kafiye.net