Cümə Günü

Müəllif: Aygun Rehimli

Endirər mələklərin yer üzünə,
İki mislin verər, hər əməl hər sözünə,
Ox kimi batar weytanın gözünə,
Tanrının əhv payıdır, Cümə günü.

Haqq adıyala alına dəstamazın,
Sanki çəkirsən axan suyun nazın.
Bawqa bir fəziləti var namazın,
Qılsan camaat ile Cümə günü .

Zikr eləsən savabın etmə xayal,
Qarşısında mələk də acizi~lal.
Eyləmirlər qəbirdə sorğu sual,
Bir ölü dəfn edilsə, Cümə günü.

Haqq bilir, nə olduğu qiymətinin,
Bu gündə tövbənin, vilayətinin,
Mənası cəm olmaqdır, ümmətinin,
Bitdi, “Mədinə gülü” Cümə günü.

Bu adla surə də göndərdi bizə,
Oxuyub carə tapaq, dərdimizə,
Rəhimli xətm elə ki, döymə dizə,
Çalış bir iz qoyasan, Cümə günü.

Müəllif: Aygun Rehimli
www.kafiye.net