Vəfalı Dərdim

 

P.S. Dərddən çox yazmışdım,amma dərdə yox..

Hayanda qalmısan, yığış tez ol gəl.
Ey mənim tək həyan-“vəfalı” dərdim.
Sənsiz açılarmı sabahım, günüm,
Görən sən olmasan, mən nə edərdim?

Nə şeir olardı, nə söz, nə yaşlar.
Nə göydən başıma ələnən daşlar.
Nə xəyal olardı, nə də düşümcə,
Mən, bu mən olmasam, kimə gülərdim?

Hər döydüyüm qapını kim açardı?
Kim doğma balam tək,mənə qaçardı?
Yaxşı ki, sən varsan tənha deyiləm,
Axı sən olmasan, tənha ölərdim…

“Sevən” gedib, sən mənimlə qalmısan,
Sən məni fələkdən satın almılsan?
Demə ixtiyarım yoxdu dözürəm,
Bu vəfayıa yenə, sənə gələrdim…

Bəlkə sənlə, tərsi anda çevirəm,
Tale qismətimsən, “səni sevirəm”.
Elə öyrənmişəm sənli günlərə,
Sənsiz bu başıma nə kül ələrdim?

Rəhimlinin nə həddinə dözməsin?
“Ömür yoldaşını”-dərdi gəzməsin.
Deyirlər nə dərd var, Allahdan gəlir,
Yenə min şükrlə səni dilərdim…

Aygun Rehimli
www.kafiye.net